Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Obalar qurulur, yurd yerləri salınır – II Milli Yaylaq Festivalına sayılı günlər qalır

19.07.2022 [18:30]

Xəbərin mətni

İyulun 29-31-də Gəncədən 22 kilometr məsafədə, Hacıkənd qəsəbəsinə yaxın ərazidə yerləşən əsrarəngiz Xan yaylağında keçiriləcək II Milli Yaylaq Festivalına hazırlıq işləri sürətlə davam edir. Festivalın keçiriləcəyi ərazidə yollara asfalt örtüyü salınır, yurd yerləri və digər tematik sahələrin qurulması prosesi həyata keçirilir.Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Milli Yaylaq Festivalının layihə rəhbəri və ideya müəllifi Müzadil Həsənov bildirib.