DÜNYA


Çində yaşayış binasında qaz partlayışı baş verib

Çinin Tiencin şəhərində yaşayış binasında güclü qaz partlayışı nəticəsində 10 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.
Hadisə Beyçen rayonunda səhər saatlarında baş verib. Partlayış nəticəsində altımərtəbəli binaya ciddi ziyan dəyib.
Hazırda ərazidə axtarış və qəzanın nəticələrinin aradan qaldırılması işləri aparılır. Partlayışın başvermə səbəbləri araşdırlır.