CƏMİYYƏT


Yevlaxda 720 min kubmetr həcmdə lildən təmizləmə işləri görülüb

Yevlax rayonunda əkin sahələrini mütəşəkkil, vaxtında və normasında suvarma suyu ilə təmin etmək məqsədilə Yevlax Suvarma Sistemləri İdarəsi tərəfindən 2022-ci il ərzində bir sıra işlər görülüb. Belə ki, cari təmir işləri hesabına rayonun əksər kəndlərini əhatə edən torpaq məcralı suvarma kanallarında 160 kilometr uzunluğunda, kollektor-drenaj sistemində isə 108 kilometr uzunluğunda lildən təmizləmə işləri yerinə yetirilərək su ötürücülüyü yaxşılaşdırılıb.