İDMAN


Təxirə salınan 19-cu Asiya Oyunlarının vaxtı müəyyənləşib

COVID-19 pandemiyası səbəbindən təxirə salınan “Hancou-2022” Asiya Oyunlarının keçirilmə vaxtı müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Asiya Olimpiya Şurasının qərarına əsasən, 19-cu Asiya Oyunları 2023-cü ilin sentyabrın 23-dən oktyabrın 8-dək Çinin Hancou şəhərində keçiriləcək.