DÜNYA


Çin çay mərasimi

Çay deyəndə ilk yada düşən ölkələrdən biri, bəlkə də birincisi Çindir. Bu ölkədə çayın, çay mədəniyyətinin böyük tarixi var. Əsrlərdir Çində çayın fərqli dəmləmə ənənəsi mövcuddur. Bu mərasimin əsas məqsədi dəmlənən içkinin dad və qoxusunu tamamilə açmaqdır. Çay dəstgahı zamanı kiçik fincan və qablar, sakit musiqi xoş ab-hava yaradır. İnsan sanki müsbət notlara köklənir, gündəlik qarışıq həyatdan müvəqqəti də olsa uzaqlaşır. Çin adətinə görə, bu mərasim bir neçə halda: böyüklərə hörmət, yaxınlardan birinin uzaq səfərə yola duşməsi, barışıq kimi önəmli vaxtlarda keçirilir. Çincə “Qunfu” adlanan mərasim təkcə ailə daxilində əlamətdar hadisənin qeyd olunması zamanı deyil, qonaq qəbul edilərkən də təşkil olunur. Hazırda Çin dünyada ən iri çay istehsalçılarından biridir. Ölkədə il ərzində 3 milyon ton çay istehsal olunur ki, bu da dünya üzrə göstəricinin 40 faizi deməkdir.