CƏMİYYƏT


Qubadlı rayonunun Hat kəndi

Qubadlı rayonunun Hat kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. Kəndin əvvəlki adı Böyük Hat olub. Yaxınlıqdakı Kiçik Hat kəndinin əhalisi də buraya köçürüldükdən sonra kənd Hat adlandırılıb. Kənd əliyanlı tayfasına mənsub ailələr tərəfindən salınıb.Hat kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı Qələbəsindən sonra kənd işğaldan azad olunub.AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Hat kəndindən görüntüləri təqdim edir.