Afinanın şimal-şərq ətraflarında baş verən meşə yanğının ikinci günü
20.07.2022 [20:53]
Yüzlərlə yanğınsöndürən bir gecədə sakinləri evakuasiya etsələr də yanğını ram etmək mümkün olmayıb. Artıq Afinada böyük meşə yanğını ilə mübarizənin ikinci günüdür. Alovun qarşısını almaq üçün 500-ə yaxın yanğınsöndürən və 120 maşın cəlb olunub. İlkin məlumatlara görə 30 nəfər xəstəxanaya çatdırılıb, onlardan üçü yanıq xəsarətləri alıb.