Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anadolu Agentliyi “Böyük Qayıdış”la bağlı videoçarx yayımlayıb

21.07.2022 [15:48]

Xəbər verdiyimiz kimi iyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin bir qrupunun köçürülməsi baş tutub. Bununla bağlı Anadolu Agentliyi rəsmi səhifəsində videoçarx yayımlayıb. Görüntülərdə ilk köçürülmə prosesində yer alan ailələrdən biri, həmçinin, Ağalıda məskunlaşacaq sakinlər üçün yüksəkkeyfiyyətli “Ağıllı kənd” layihəsi yer alıb.