CƏMİYYƏT


“Yay Fest” gənclər festivalının açılış mərasimi olub

Şamaxıda gənclərin ilboyu xüsusi maraqla gözlədikləri Azərbaycanın ən böyük gənclər düşərgəsi olan “Yay Fest”in açılış mərasimi keçirilib. Tədbir bu il “Yay Fest”ə ev sahibliyi edəcək Şamaxı Astrofizika Rəsədxanasının ərazisində olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi tərtib edilən “Yay Fest” ərazisində eyni vaxtda 300-dən çox gəncin qalması üçün ayrıca “çadır şəhərciyi”, təlim və görüşlər üçün məkanlar, həvəskar idman yarışları ərazisi və “party area” yaradılıb. Bundan əlavə, ərazidə gənclər üçün dincəlmək, intellektual və masaüstü yarışlar keçirmək üçün zonalar təşkil edilib.