İDMAN


Sadio Mane Afrikanın ən yaxşı futbolçusu seçilib

Afrika Futbol Konfederasiyası (CAF) qitənin ən yaxşı futbolçusunu müəyyənləşdirib.
AZƏRTAC “Əl Əhram” qəzetinə istinadla xəbər verir ki, Seneqal milli futbol komandasının forvardı Sadio Mane keçirilən səsvermədə Misir yığmasının hücumçusu Məhəmməd Salah və öz komanda yoldaşı Eduard Mendini geridə qoyaraq Afrikanın ən yaxşı futbolçusu tituluna layiq görülüb.