SİYASƏT


Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunan konfrans keçirilib

Vyetnamın paytaxtı Hanoyda Azərbaycanın bu ölkədəki Səfirliyi və Vyetnam Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi: əlaqələrin tarixi və gələcək perspektivləri” mövzusunda konfrans keçirilib. Vyetnam rəsmilərinin, deputatların, ali təhsil ocaqları, beyin mərkəzləri, diplomatik korpus və mətbu orqanların nümayəndələrinin iştiak etdikləri tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov diplomatik əlaqələrin 1992-ci ildə qurulmasına baxmayaraq, iki xalq arasında ənənəvi dostluq əlaqələrinin daha öncədən mövcud olduğunu və onilliklərlə uğurla inkişaf etdiyini bildirib.