CƏMİYYƏT


Siyəzəndə avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb

Siyəzəndə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə magistralın 106-cı kilometrliyində Siyəzən rayonu ərazisində qeydə alınıb. “Ford” markalı avtomobillə yük maşınının (TIR) toqquşması nəticəsində hər iki sürücü ölüb.