MƏDƏNİYYƏT


Yaponiyanın ənənəvi mədəniyyət tədbiri “Çərpələng yarışı” Lənkərandan başlayıb

Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar “Yaponiya-Azərbaycan Dostluq İli” tədbirləri çərçivəsində Lənkəran şəhərində Yaponiyanın ənənəvi mədəniyyət tədbiri olan “Sanco çərpələng yarışı” keçirilib.
AZƏRTAC xəbər verir ki, Lənkəran Şəhər Heydər Əliyev adına xatirə parkında təşkil olunan tədbirdə Yaponiya səfirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının rəsmiləri, yerli sakinlər iştirak ediblər.