CƏMİYYƏT


Ağdaşda elektrik cərəyanı vuran şəxs ölüb

Ağdaşda bədbəxt hadisə baş verib. Elektrik cərəyanı vurması səbəbindən bir nəfər həlak olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Nehrəxəlil kəndində baş verib. Belə ki, kənd sakini, 44 yaşlı Tariyel Hüseynov özünə məxsus traktorun üzərində qaynaq cihazı ilə təmir işi görən zaman onu elektrik cərəyanı vurub. Nəticədə o, hadisə yerində ölüb.