DÜNYA


Huycou antik şəhəri

Anhuy vilayətində yerləşən Huycou antik şəhəri 13-16-cı əsrlərə aiddir. Han və Min sülaləsinin zamanında inşa edilən bu tarixi məkan dövrünün zəngin memarlıq elementlərini özündə əks etdirir. Ərazisi 25 kvadratkilometr olan Huycou antik şəhəri Huyconun əsas tarixi və mədəni məkanlarındandır. Çinin 3 ən qədim və böyük məktəbi də məhz burada olub. Huycou Çində günümüzədək yaxşı vəziyyətdə qorunub saxlanılan 4 şəhərdən biridir. Hazırda da açıq muzey kimi fəaliyyət göstərir. Antik şəhər 6 çay və 5 dag zirvəsinə malikdir. Bura gözəl təbiət mənzərəsi ilə zəngin təbii landşaftın harmoniyasından ibarətdir. Yerlilər buranı Huycounun təbii mədəni sərgi məkanı adlandırılar.