DÜNYA


Çinin kosmik stansiyasının daha bir laboratoriya modulu orbitə çıxarılıb

Çinin kosmos proqramının vacib mərhələsi olan kosmos stansiyasının quraşdırılması üçün “Wentian” (“Səmanın qonaqları”) laboratoriya modulunun orbitə çıxarılmasına start verilib.AZƏRTAC xəbər verir ki, 20 tonluq modulu orbitə aparan Çinin ən iri “Böyük yürüş-5B Y3” (Long March-5B Y3) raketdaşıyıcısının buraxılışı Haynan adasındakı Vençan kosmodromundan yerli vaxta 14:22-də (Bakı vaxtı ilə 10:22) baş tutub. Bu, Çinin quraşdırılması davam edən “Tiangogn” adlı kosmik stansiyasının 2 laboratoriya modulundan biridir. Növbəti modulun (“Mengtian”) oktyabrda kosmosa çıxarılması nəzərdə tutulub.