DÜNYA


Çində kömür mədəninin çökməsi 10 nəfərin ölümünə səbəb olub

Çinin Qansu vilayətinin Bayin şəhəri ərazisində kömür mədəninin çökməsi nəticəsində 10 nəfər ölüb. Hadisə yerinə gələn polis və yerli təhlükəsizlik qüvvələri, yanğınsöndürənlər mədəndə qalan 17 nəfəri xilas edə bilsələr də, 10 nəfərin meyiti tapılıb. Xilas edilənlər arasında 7 nəfər xəsarət alıb. Hadisənin başvermə səbəbləri araşdırılır.