Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun adına park salınacaq

25.07.2022 [12:32]

Xəbərin mətni

Türkiyənin Adana vilayətinin Çukurova rayonunda Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun adını daşıyan park salınacaq. Geniş ərazini əhatə edəcək İbad Hüseynov Parkında Milli Qəhrəmanın abidəsi ucaldılacaq.Azərbaycan-Türkiyə qardaşlığını, türk dünyasının birliyini tərənnüm edəcək İbad Hüseynov Parkı Adananın ən səfalı istirahət guşələrindən biri olacaq.