“YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən və burada müalicə alan daha bir qazimiz Vətənə qayıdıb
25.07.2022 [15:36]
Xəbərin mətni
Tovuz rayonunun Dondar Quşçu kəndindən olan 44 günlük Vətən müharibəsinin iştirakçısı, 28 yaşlı Xüsusi Təyinatlı Qüvvələrin giziri Məmmədov Şəmsi Lətif oğlu YAŞAT” Fondu tərəfindən Türkiyədə müalicə olunaraq Vətənə qayıdıb.AZƏRTAC xəbər verir ki, Tovuz rayonunun girişində qazimizi ictimaiyyət nümayəndələri, dostları, qohumları qarşılayıblar. Daha sonra qazimiz rayondakı Şəhidlər xiyabanına gələrək şəhidlərimizin məzarlarını ziyarət edib.