CƏMİYYƏT


Suraxanı rayonunda heroin qəbul edib taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb

Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib. Zığ qəsəbəsində yaşayan Balahəsən Ağayev idarə etdiyi “Ravon” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb.