DÜNYA
Tunisdə konstitusiya referendumu keçirilir
25.07.2022 [18:39]
Tunisdə ölkənin əsas qanununa prezidentin səlahiyyətlərinin artırılması maddələrinin əlavə edilməsini nəzərdə tutan konstitusiya referendumu keçirilir.AZƏRTAC rəsmi TAP agentliyinə istinadla xəbər verir ki, Tunisin Seçki Komissiyası ölkə daxilində 11 min 614, xaricdəki 47 ölkədə isə 4 min 384 seçki məntəqəsində səsvermə keçirildiyini bildirib. Ümumilikdə, 9 milyon 278 min seçicinin səs verəcəyi məntəqələrdə 1200 müşahidəçi qeydə alınıb. Ümumxalq referendumunun rəsmi nəticələri iyulun 28-də elan ediləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
03.06.2023 [21:02]
03.06.2023 [20:22]
03.06.2023 [20:56]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]