CƏMİYYƏT


“Əmanət” yay düşərgəsi bu dəfə Masallıda təşkil olunub

Vətən müharibəsi şəhidlərinin övladları üçün “Əmanət” yay düşərgəsi bu dəfə Masallıda təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin övladları üçün təşkil edilən düşərgədə Masallı rayonundan olan 20 şəhid övladı iştirak edib.