CƏMİYYƏT


Tarixi özündə yaşadan retro avtomobillər kolleksiyası

Gündəlik həyatımızda istifadə etdiyimiz avtomobillərdən başqa, elə maşınlar da var ki, onlar hansısa tarixi dövrü özündə yaşadır. Söhbət təbii ki, klassik avtomobillərdən gedir. AZƏRTAC Bakı sakini Azad Kərimovun yığdığı və 40-dan çox retro avtomobili özünə birləşdirən kolleksiyanı sizə təqdim edir.