DÜNYA


Tunisdə konstitusiya referendumunda seçici fəallığı 27,5 faiz olub

Tunisdə ölkənin əsas qanununa prezidentin səlahiyyətlərinin artırılması maddələrinin əlavə edilməsini nəzərdə tutan konstitusiya referendumu keçirilib.
AZƏRTAC rəsmi TAP agentliyinə istinadla xəbər verir ki, Tunisin Seçki Komissiyası referendumda 9,3 milyon seçicinin cəmi 27,54 faizinin iştirak etdiyini, onların 92,3 faizinin isə təklif olunan dəyişiklikləri dəstəklədiyini bildirib. Prezident Kais Saidin tərəfdarları referendumun nəticələrini alqışlamaq üçün küçələrə axışıblar.