Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pakistanda daşqın qurbanlarının sayı 300-ü keçdi

26.07.2022 [19:57]

Pakistanda daşqın qurbanlarının sayı 312 nəfərə çatıb. Məlumata görə, aramsız yağan leysan səbəbindən bəzi əyalətlərdə həyat iflic vəziyyətə düşüb. İslamabad və Ravalpindi ərazilərini, o cümlədən beynəlxalq hava limanının bir hissəsini sel suları basıb, nəticədə uçuşlar dayandırılıb.