MƏDƏNİYYƏT


Dünyaşöhrətli fotoqraf Reza Deqatinin 70 illik yubileyi qeyd edilib

Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dünyaşöhrətli fotoqraf Reza Deqatinin 70 illik yubileyinə həsr olunmuş “Keçmiş və gələcək bəşəriyyətin şahidi” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Reza Deqatinin həyat və yaradıcılığına həsr olunmuş videoçarxı izləyiblər.
Yubiley tədbirində Reza Deqatinin həyat və fəaliyyətindən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün gördüyü işlərdən, o cümlədən xaricdə və Azərbaycanda təşkil edilən fotosərgilərindən söhbət açılıb.