Sent-Luisdə daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib
27.07.2022 [12:16]
Xəbərin mətni
Amerikanın Missuri ştatında leysan yağışları Sent-Luisdə və ştatın digər hissələrində daşqına səbəb olub. Daşqın nəticəsində azı bir nəfər həlak olub, daha bir neçə insan avtomobillərdə və evlərdə köməksiz vəziyyətdə qalıb.