CƏMİYYƏT


“Mənim də silahım nəğmələr idi” adlı vətənpərvərlik tədbiri keçirilib

Xalqımızın ümummilli lideri Heydər Əliyev gənclərin milli ruhda, milli-mənəvi dəyərlərimiz əsasında formalaşması işinə həmişə böyük önəm verər və bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi üçün səylərini əsirgəməzdi. Ulu Öndərə görə milli dəyərlərimizi, milli ənənələrimizi, tariximizi, ədəbiyyat və incəsənətimizi yaxşı bilməyən, ondan bəhrələnməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün Vətəni, ölkəni, torpağı, dilimizi, dinimizi, milli ənənələrimizi sevməlidir. Onları sevə bilməyən, özü üçün mənəvi əsas edə bilməyən gənc həyatda özünə yer tapa bilməyəcək və şübhəsiz ki, cəmiyyətdə, ictimai-siyasi proseslərdə, müstəqil Azərbaycanın inkişafında, onun təhlükəsizliyinin təminatçısı olan Ordumuzda Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edə bilməyəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır