CƏMİYYƏT


Şəhid mayor Elnur Quliyevin xatirəsi anılıb

Vətən müharibəsi şəhidi mayor Elnur Quliyevin doğum günündə əziz xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsi zamanı qəhrəmanlıqla döyüşərək şəhid olmuş Elnurun 38-ci doğum günü məzarı başında qeyd edilib. Anım günündə şəhidin ailəsi ilə yanaşı, dostları, hərbçi yoldaşları, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, veteranlar və qazilər iştirak ediblər.