Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN: Xızı rayonunun Ağdərə kəndində “Qrad” mərmisi və aviabomba aşkarlanıb

28.07.2022 [19:38]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Xızı rayonunun Ağdərə kəndi ərazisində partlayış təhlükəli əşya aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu dərhal hadisə yerinə cəlb olunub.