CƏMİYYƏT
Xocavənddə xeyli sayda silah-sursat aşkar edilib
29.07.2022 [16:12]
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlərlə erməni hərbi birləşmələrinə məxsus xeyli sayda silah-sursat aşkar edilib. Tapılan 3 avtomat, 2 qumbaraatan, 1 pulemyot, 1 tapança silahları, eləcə də 12 ədəd tank və 5 ədəd piyada əleyhinə mina, 30 ədəd qumbaraatan mərmisi, 2318 ədəd müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
12.08.2022 [12:16]
12.08.2022 [11:53]
10.08.2022 [20:29]
12.08.2022 [11:43]
10.08.2022 [13:52]
10.08.2022 [12:32]
06.08.2022 [11:20]
11.08.2022 [13:34]
10.08.2022 [00:31]
10.08.2022 [14:28]
12.08.2022 [18:36]
12.08.2022 [18:32]