DÜNYA


Kentukki ştatında daşqınlar 19 nəfərin həyatına son qoyub

ABŞ-ın Kentukki ştatında leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində altısı uşaq olmaqla azı 19 nəfər ölüb, daha 294 nəfər xilas edilib.
AZƏRTAC NBC News telekanalına istinadla xəbər verir ki, ştatın 23 mindən çox sakini elektriksiz qalıb, bəzi dairələrin içməli su təminatı kəsilib. Bundan əlavə, ştat ərazisindən keçən 30-a yaxın avtomobil yolu bağlanıb.