Dədə Qorqud söz söyləyir, igidlər qılınc oynadır - II Milli Yaylaq Festivalı uğurla davam edir
30.07.2022 [12:29]
Xəbərin mətni
İyulun 30-da Gəncədən 22 kilometr məsafədə, Hacıkənd qəsəbəsinə yaxın ərazidə yerləşən əsrarəngiz Xan yaylağında II Milli Yaylaq Festivalının ikinci günü start götürüb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün gələn qonaqlara geniş musiqili proqram təqdim olunacaq. Həmçinin rəsmi qonaqların qarşılanması və rəsmi açılış şousu baş tutacaq.