DÜNYA


Çinin kulinariya muzeyi

Çinin Anhuy vilayətində bölgənin mətbəx xüsusiyyətlərinə dair müxtəlif eksponatların nümayiş olunduğu kulinariya muzey kompleksi fəaliyyət göstərir. Muzeyi ziyarət edənlər Çinin 8 əsas mətbəxindən biri olan Huycou mətbəxinin tarixinə dair müxtəlif maraqlı eksponatlarla tanış ola bilərlər. Huycou mətbəxində ocaqda ütmə üsulundan və buxarda bişirmədən geniş istifadə olunur. Hisə verilmiş tısbağa, ütülmüş ördək və göyərçin bölgənin məşhur yeməklərindəndir. Çinin digər bölgə mətbəxlərindən fərqli olaraq, Huycou mətbəxində düyü yox, undan daha geniş istifadə olunur.