MƏDƏNİYYƏT
İkinci Milli Yaylaq Festivalının rəsmi açılış mərasimi keçirilib
30.07.2022 [20:00]
Xəbərin mətni
İyulun 30-da Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə keçirilən İkinci Milli Yaylaq Festivalının rəsmi açılış mərasimi olub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalın rəsmi açılış mərasimində qonaqları simvolik olaraq Dədə Qorqud qarşılayıb, söz söyləyib, xeyir-dua verib. Sonra nağaraçılar və igidlərin qılınc rəqsi nümayiş olunub.