CƏMİYYƏT


Yeddi ay ərzində milli parkları 147 mindən çox turist ziyarət edib

Azərbaycanın milli parkları son illər daha çox məşhurlaşıb və parklara səfər bir ənənəyə çevrilib. 2022-ci ilin 7 ayı ərzində milli parkları 147 min 359 turist ziyarət edib. Gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub.AZƏRTAC xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.O qeyd edib ki, ən çox turist qəbul edən milli parklarımız Göygöl, Şahdağ, Hirkan, Abşeron və Ağgöldür.