Azərbaycan Dövlət İnformasiya Agentliyi

Turistlərin üz tutduğu sevimli Arın gölü

01.08.2022 [17:16]

Van gölünün şimal sahilində yerləşən və dünya miqyasında təhlükə altında olan Arın gölü köçəri quşlara ev sahibliyi etməkdə davam edir. Hər il müəyyən vaxtlarda Van gölü hövzəsindəki bataqlıq ərazilərə gələn flaminqolar son illərdə Arın gölündə qalmağa başlayıb. Arın gölünə rəng qatan flaminqoları izləməyə gələnlərsə çoxluq təşkil edir. Burada 200 növ quş var.