Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lissabonun şimalında meşə yanğını başlayıb

01.08.2022 [20:11]

Lissabondan təxminən 40 kilometr şimalda baş verən yanğını söndürmək üçün 400-ə yaxın yanğınsöndürən səfərbər edilib. Yaxınlıqda yerləşən 30 nəfərlik qocalar evi ehtiyat tədbiri olaraq boşaldılıb. Meteorologiya İnstitutunun məlumatına görə yanğının çərşənbə axşamına qədər davam edəcəyi gözlənilir.