Azərbaycan Dövlət İnformasiya Agentliyi

Liviyada yanacaq tankerinin yanması nəticəsində azı 9 nəfər ölüb

02.08.2022 [11:35]

Xəbərin mətni

Liviyanın cənubundakı Bent Bayya vilayətində dizel yanacağı daşıyan tankerin yanması nəticəsində azı 9 nəfərin yanaraq öldüyü bildirilir.
AZƏRTAC “Arabnews” qəzetinə istinadla xəbər verir ki, insident zamanı yanıq xəsarətləri almış 74 nəfər xəstəxanaya çatdırılıb.