“Çexiya İsveçrəsi”ndə meşə yanğını nəzarət altına alınıb
02.08.2022 [18:59]
Çexiya milli fövqəladə hallar idarəsinin qüvvələri yanğının yayılma ərazisini 1000 hektardan 600 hektara endirməyə nail olublar. Yanğının tamamilə söndürülməsinə yönəlmiş səylər yaxın günlərdə başa çatdırıla bilər.