DÜNYA


Daşqın qurbanları helikopterlə təxliyə edilib

ABŞ-ın Kentukki ştatında bazar ertəsi günü daşqınlar nəticəsində ölənlərin sayının 37-yə çatdığı elan olunmuşdu. Bu gündən başlayaraq Kentukki Milli Qvardiyası helikopterlə daşqın qurbanlarını təxliyə edir. İndiyədək təxminən 400 nəfər hava yolu ilə xilas edilib, yüzlərlə sakin isə ötən həftə yağan güclü yağışlardan sonra hələ də itkin düşüb.