CƏMİYYƏT


Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsinin açılış mərasimi keçirilib

Avqustun 2-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.