CƏMİYYƏT


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxta iş elanları ilə insanları aldadan şəxsi saxlayıb

Daxili İşlər Nazirliyinə elan saytlarında ictimaiyyət arasında nüfuzu olan şirkətlərdə vakansiyaların olduğu barədə saxta iş elanlarının verildiyi və müraciət edən şəxslərin pullarının xüsusi kart əməliyyatları vasitəsi ilə ələ keçirildiyi barədə çoxsaylı şikayətlər daxil olub. Bu məlumatlar Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində nəzarət götürülərək araşdırılıb. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki və əməliyyat-axtarış tədbirlər nəticəsində vətəndaşların kart məlumatlarını və kartlardakı pulları ələ keçirən əvvəllər məhkum olunmuş Cəmil Bəbirov saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır