CƏMİYYƏT


“Nərimanov” elektrik deposunda yenidənqurma işləri aparılır

1966-cı ildə fəaliyyətə başlamış “Nərimanov” elektrik deposunda mərhələli yenidənqurma və yeni texnologiyaların tətbiqi prosesi davam etdirilir. AZƏRTAC xəbər verir ki, qatarların texniki-baxışı və dayanma-gecələmə sahəsinin daha 3 qanovu yenidən qurulur. Burada nəzərdə tutulan işlər dövrün tələblərinə uyğunlaşdırılır. Həmçinin qatarlara davamlı qulluq müasir standartlar və yeni texnoloji imkanlara müvafiq qaydada yerinə yetiriləcək.