DÜNYA


Reykyavik yaxınlığında vulkan püskürüb

İslandiyada paytaxtda yaxın ərazidə vulkan püskürüb. Təbii fəlakət Reykyavikdən təxminən 40 kilometr aralıda, Faqradalsfyal vulkanının yerləşdiyi ərazinin yaxınlığında baş verib. Seysmik aktivliyə nəzarət edən İslandiya Meteorologiya İdarəsi çatın ölçüsünü təxminən 300 metr qiymətləndirib. Indiyədək 10.000 zəlzələ aşkar edilib. Vulkan püskürməsi nəticəsində yaranan qazlar, xüsusilə də kükürd dioksid, bilavasitə yaxınlıqda yüksələ bilər və sağlamlıq üçün təhlükə və ya hətta ölümcül ola biləcəyi əhalinin diqqətinə çatdırılıb.