DÜNYA


İstanbulda xəstəxanada yanğın baş verib, 102 nəfər təxliyə edilib

İstanbulun Zeytinburnu rayonunda yerləşən Balıklı Rum Xəstəxanasında yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, xəstəxana binasının dam örtüyü yanıb. Tibb müəssisəsindən 102 nəfər təxliyə edilib, 80 xəstə digər xəstəxanalara köçürülüb.
Polis ərazidə geniş təhlükəsizlik tədbirləri görüb. Yanğından çıxan qatı tüstünün mənfi təsir göstərdiyi vətəndaşlara tibbi heyətlər yardım göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır