Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tailandda gecə klubunda baş verən yanğın nəticəsində 13 nəfər ölüb, 35 nəfər yaralanıb

05.08.2022 [12:35]

Xəbərin mətni

Tailandın cənub-şərqində yerləşən Çonburi əyalətində gecə klubunda baş verən yanğın nəticəsində 13 nəfər ölüb, 35 nəfər yaralanıb.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə Tailand polisi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində həlak olanların hamısı Tailand vətəndaşlarıdır. Yanğın yerli vaxtla saat 1 radələrində “Mount B” gecə klubunda baş verib.