Azərbaycan Dövlət İnformasiya Agentliyi

Honq-Konq İncəsənət Sərgisi fəaliyyətə başlayıb

05.08.2022 [18:11]

60-dan çox yerli və beynəlxalq sərgi iştirakçılarının minlərlə müasir sənət əsəri Honq-Konqda 9-cu Affordable Art Fair sərgisində nümayiş olunur. Dəyəri 12.820 dollardan aşağı olan sənət əsərlərinin nümayiş olunduğu yarmarka yerli incəsənəti təbliğ etməyə və sənətsevərlər üçün Honq-Konqun yeni yaranan rəssamlarını kəşf etmək üçün platforma təqdim etməyə həsr olunub. Ziyarətçilər əsərlərin QR kodunu skan edərək elektron ödəniş edə bilərlər.