CƏMİYYƏT


Stalinin saxlanıldığı zindan – Lənkərandan reportaj

Ölkəmizin tarixi qədimdir. Respublikamızın ərazisində olan qədim yaşayış məskənləri, əsrlərin sınağından çıxaraq bu günə gəlib çatmış abidələr diqqət çəkir. Ölkəmizin keçmişini özündə yaşadan bu mənəvi dəyərlər hələ açılmamış sirlərlə doludur.
AZƏRTAC xəbər verir ki, belə abidələrdən biri Lənkəran şəhərində yerləşən tarixi Dairəvi qaladır. Qala mühüm müdafiə məqsədilə tikilsə də, 100 ilə yaxın zindan kimi fəaliyyət göstərib.