DÜNYA


Sakinin 20 ildir evinə yığdığı zibil təmizlənib

2 uşaq və 4 nəvəsi olan 66 yaşlı qadın psixoloji problemlərinə görə 20 ilə yaxındır ki, evinə zibil yığıb. Ev zibilxanaya çevrildikdən sonra yaxında yaşayan sakinlər qoxu və vizual çirklənmədən şikayətlənib. Bələdiyyə işçiləri və bir qrup polisin köməyi ilə bu evdən təxminən 15 maşın zibil çıxardılıb. Görənlərin heyrətini gizlədə bilmədiyi “zibilxananın” tamamilə təmizlənməsi 14 saat çəkib.